Saatlıda ağır yol qəzası: Ölən varbackend

Saatlıda ağır yol qəzası: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Soltanabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, aprelin 22-də saat 21:00 radələrində Saatlı rayonunun Soltanabad kəndi ərazisində kənd sakini Asif Tarverdiyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən həmkəndlisi Qədir Mirzəyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

 

İnterpress.az