Sabirabad rayonunda su kanalında meyit tapılıbbackend

Sabirabad rayonunda su kanalında meyit tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqustun 11-i saat 10 radələrində Sabirabad rayonu ərazisində su kanalında Elman Nizami oğlu Mirzəyevin avtomobildə meyiti aşkar edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

Faktla bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.