“Sahibə Qafarova sadəcə olaraq Ermənistanı tapdaladı”backend

“Sahibə Qafarova sadəcə olaraq Ermənistanı tapdaladı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu videoya baxanda mən Ermənistan nümayəndə heyətinin yerinə utanc hissi yaşadım”.

İnterpress.az xəbər verir ki, bunu sosial şəbəkədə bir erməni istifadəçi Almatı şəhərində keçirilmiş MDB PA-nın 30 illiyilə bağlı iclasda Azərbaycan və Ermənistan parlament sədrlərinin çıxışlarına münasibət bildirərkən yazıb.

Erməni sosial şəbəkə istifadəçisi bildirib ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova çıxışı zamanı sadəcə olaraq Ermənistanı tapdaladı.

Bunun əvəzində isə Ermənistan nümayəndə heyətinin üzvü Qurgen Arsenyanın gülən üzü və parlamentin sədri Alen Simonyanın sülhə hazır olmaq barədə cavabı müşahidə olundu.

Qəzəblənmiş erməni bildirib ki, rəsmi Bakının təmsilçisi qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən – Qarabağdan tam olaraq çıxarılmasını tələb etdiyi və “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını vuğuladığı halda, Ermənistan parlamentinin sədri Alen Simonyan ona cavabında İrəvanın sülhə hazır olduğunu deyir.

“Alçaqlar, satqınlar, şərəfsizlər”, – deyə həmin şəxs Ermənistan parlamentinin sədri Alen Simonyan və nümayəndə heyətinin üzvü Qurgen Arsenyanın ünvanına sərt ifadələr işlədib.(modern.az)