“Şamaxı” klubunun yeni baş məşqçisi bəlli olubbackend

“Şamaxı” klubunun yeni baş məşqçisi bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şamaxı” futbol komandasının yeni baş məşqçisi bəlli olub.

Bölgə klubu hazırda Region Liqası təmsilçisi “Cəbrayıl”a rəhbərlik edən Cavid Hüseynova tapşırılıb.

34 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanacaq. Hüseynov bu vəzifədə Rüstəm Əliyevi əvəzləyəcək. Onun təyinatı UEFA Region Kubokunda 2022/2023 mövsümünün ilkin mərhələ oyunlarından sonra gerçəkləşəcək.

Qeyd edək ki, “Cəbrayıl” ötən mövsüm Cavid Hüseynovun başçılığı altında Region Liqasının qalibi olub. Komanda UEFA Region Kubokunun ilkin mərəhələsinin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos” komandası ilə Şamaxıda qarşılaşacaq.