Cənubi Koreyada “Samsung”un süni intellektli soyuducuları yenilənmədən sonra kütləvi şəkildə sıradan çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Cənubi Koreyada ümumxalq Çxusok bayramı ərəfəsində “Samsung” şirkətinin süni intellektlə təchiz olunmuş soyuducuları proqram təminatının yenilənməsindən sonra kütləvi şəkildə sıradan çıxıb. Cihazlarda soyutma sistemi dayanıb, arxa işıqlandırma sönüb, sensor ekran isə “Yenilənmə” statusunda donaraq toxunuşlara reaksiya verməyib.
Sistemi yenidən yükləmək problemi həll etməyib, servis mərkəzləri həddindən artıq yüklənib və nəticədə bir çox ev sahibinin bayram üçün hazırladığı ərzaqlar xarab olmağa başlayıb.
Bu vaxt ərzində isə adi, smart olmayan soyuducular problemsiz işləməyə davam edib.
Xuraman Etibarlı
İnterpress.az






