Ukrayna Silahlı Qüvvələrinin müdafiə üzrə keçmiş amerikalı nümayəndəsi 20 il müddətinə azadlıqdan məhrum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin müdafiə üzrə keçmiş nümayəndəsi, amerikalı Sara Eşton 20 il müddətinə azadlıqdan məhrum edilib.
“Ukraynanın tərəfində vuruşan və Rusiya ordusu haqqında saxta məlumatlar yayan 47 yaşlı transseksual qiyabi olaraq 20 il müddətinə azadlıqdan məhrum edilib”, – Rusiya Baş Prokurorluğu bildirib.
Xuraman Etibarlı
İnterpress.az