“Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi hər yerdə məzlum qadınlar üçün ümid işığıdır”.
İnterpress.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel “X” hesabındakı paylaşımında deyib.
“Onun insan hüquqları və azadlıqları uğrunda mübarizəsi hamımızı ruhlandırır. Bu, bir xatırlatmadır – yalnız qadınların təhlükəsiz olduğu yerdə hamı təhlükəsizdir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.
Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib. 2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılardan olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.