Səfir: Azərbaycan ilə Küveyt arasında əməkdaşlıq uğurla davam edirbackend

Səfir: Azərbaycan ilə Küveyt arasında əməkdaşlıq uğurla davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveytin nüfuzlu “Kuwait Times” nəşri Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəmanın bəyanatını yayıb.

İnterpress.az xəbər verir ki, Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın BMT-nin Beynəlxalq Humanitar Mərkəzi tərəfindən “Humanitar lider” tituluna layiq görülməsinin ildönümü münasibətilə təbriklərə qoşulan diplomatımız iki ölkə arasında əlaqələrə də toxunub.

Səfirin bəyanatında qeyd edilib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası daim Küveyt Dövlətinin dəstəyini hiss edib. Bu qarşılıqlı dəstək ikitərəfli əlaqələrlə yanaşı, bu gün BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində də davam edir”.

Diplomatımız bu yaxınlarda cərrahi əməliyyat keçirmiş Küveyt Əmirinə tezliklə şəfa tapmasını arzulayıb.

İnterpress.az