Səfir Həsən Zeynalovun fəaliyyətindən bəhs edən iki kitab nəşr edilib- FOTOLARbackend

Səfir Həsən Zeynalovun fəaliyyətindən bəhs edən iki kitab nəşr edilib- FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalovun diplomatik fəaliyyətindən bəhs edən “Türkiyədən Türküstana” adlı iki kitab “Şərq-Qərb” nəşriyyatında nəşr edilib.

Kitab tanınmış diplomatın 2012-2021-ci illərdə Türkmənistan və Əfqanıstandakı diplomatik fəaliyyətindən, Azərbaycan- Türkmənistan, Azərbaycan-Əfqanıstan əlaqələrindən, bu əlaqələrin tarixi köklərindən bəhs edir. Kitablarda eyni zamanda, səfir Həsən Zeynalovun diplomatik missiyası müddətində hər iki ölkə ilə Azərbaycan arasında mədəni, iqtisadi, humanitar sahədə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı gördüyü işlər, həyata keçirdiyi layihələr, bu ölkələr haqqında düşüncələri yer alır. Kitablarda Həsən Zeynalovun Türkmənistan və Əfqanıstandakı fəaliyyət dövrünü, şəxsi həyatını əks etdirən bir sıra maraqlı foto albomlar yer alır.

Nəşrdə həmçinin “Bundan əvvəlki diplomatın taley yolu” kitabına tanınmışlar tərəfindən yazılan rəylər də dərc olunub. Nəfis tərtibatda hazırlanan hər iki kitab Azərbaycanla Türkmənistan və Əfqanıstan arasındakı tarixi dostluq əlaqələri, diplomatik münasibətlərə işıq salmaqla yanaşı, eyni zamanda səfir Həsən Zeynalovun aktiv diplomatik fəaliyyət yolundan bəhs edir.