“Bizim “Bilim Bakı”nı yaratmaqda məqsədimiz gələcək fəaliyyətini vətəninə, ölkəsinə, insanlığa faydası olacaq şəkildə həyata keçirəcək gənclərimizin yetişdirilməsidir”.
İnterpress.az-ın xəbərinə görə, bunu “Baykar” şirkətinin texniki direktoru, “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar “Bilim Bakı” mərkəzini ziyarəti çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda yüksək texnologiya bütün həyatı şəkilləndirir: “Yaxın keçmişdə pandemiya yaşadıq və həmin dövrdə ən inkişaf ölkələrdə belə kifayət qədər süni nəfəs aparatlarının olmadığını gördük. Bu zaman həmin aparatların satışı qadağan edildi. Kiçik şeylər belə insanları qütbləşdirərkən belə həyati hadisələrin insanları bir-birindən daha da uzaqlaşdırmaması mümkün deyildi. Bu baxımdan bilim mərkəzlərimizin hədəfi vətənimizin, insanlığın faydasına işlər görən gənclərin yetişdirilməsinə nail olmaqdır”.