Semyon Peqov həbs olunur: 660 milyon rubl oğurlamaqda ittiham olundubackend

Semyon Peqov həbs olunur: 660 milyon rubl oğurlamaqda ittiham olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Belə də olur ki, bir ölkə üçün qəhrəman olursan, amma öz ölkəndə səni həbsxanaya salmaq istəyirlər”. 

Bu sözləri Qarabağ müharibəsi ilə bağlı ermənilərin maraqlarına xidmət edən “fake news”lar yayan “Wargonzo” kanalının qurucusu Rusiya vətəndaşı Semyon Peqov deyib.

O əlavə edib ki, Qarabağdan qayıdan kimi Rusiya Federesiyası İstintaq Komitəsindən “xoşbəxlik məktubu” alıb. “İttiham irəli sürmək üçün mənim ora gəlməyimi istəyirlər. İttiham siyasi motivli deyil. Məni  dələduzluqda ittiham edirlər.

4 il əvvəl 660 milyon rublun oğurlandığı bankda sadə kassir işləmişəm. Əgər 4 il ərzində bu iş üzrə şahid idimdisə, indi məni oğurluqda günahlandırırlar”, – deyə o bildirib.

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən də Semyon Peqov barəsində cinayət işi başlanılıb.

 

 

İnterpress.az