Yekaterinburqlu sərxoş sərnişin Şeremetyevo hava limanında qalmaqal yaradıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Yekaterinburqdan olan sərnişinin Şeremetyevo hava limanında təyyarədən avtobusa keçərkən qalmaqal saldığı bildirilir.
Şahid Alinanın sözlərinə görə, qadın avtobusa daxil olduqdan sonra yüksək səslə qışqırıb və söyüş söyməyə başlayıb.
Şahid sərnişinə davranışına görə irad bildirib. Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az






