Rusiya Xarici işlər nazirinin keçmiş birinci müavini vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun keçmiş birinci müavini Vladimir Titov vəfat edib.
Onun 66 yaşı var idi.
Titov 1980-ci ildən XİN sistemində çalışıb və 2024-cü ilin avqustunda nazirin birinci müavini postunu tərk edib.
Xuraman Etibarlı
İnterpress.az