Sergey Şoyqu: “Nüvə müharibəsi ehtimalı artır və fəlakətli nəticələr vəd edir”backend

Sergey Şoyqu: “Nüvə müharibəsi ehtimalı artır və fəlakətli nəticələr vəd edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nüvə müharibəsi ehtimalı getdikcə artır”.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu 10-cu Syanşan Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qərb Rusiya ilə münaqişəni gərginləşdirmək xətti tutub və bu, nüvə gücləri arasında hərbi toqquşmaya səbəb ola bilər: “Qərbin müntəzəm şəkildə Rusiya ilə münasibətləri gərginləşdirmək səyləri nüvə gücləri arasında hərbi toqquşma təhlükəsi daşıyır və fəlakətli nəticələr vəd edir”.

S.Şoyqu bildirib ki, Ukrayna müharibəsi ABŞ və NATO-nun Rusiya ilə bağlı hesablamalarının puça çıxdığını göstərdi: “Qərb münaqişə potensialını Asiya-Sakit okean regionuna yaymağa çalışır. Beləliklə, nüvə arsenalına malik dövlətlər arasında qarşıdurma riskləri artır”.