Sərhəddə təxribatlar: Üçüncü Qarabağ müharibəsi başlayır?backend

Sərhəddə təxribatlar: Üçüncü Qarabağ müharibəsi başlayır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brüssel görüşü ərəfəsində Ermənistanın növbəti təxribata əl atacağı gözlənilirdi. Analitiklər İrəvanın təxribat törədərək, danışıqlar prosesini uzadacağını planlaşdırırdı. Məqsəd isə delimitasiya və demarkasiya prosesini ləngitmək və sülh müqaviləsini imzalanmaqdan yayınmaqdır. Ermənistan ordusunun ötən gecə Kəlbəcərdə növbəti dəfə təxribata əl ataraq, Azərbaycan əsgərini şəhid etməsi, bu ehtimalları doğrultdu.

Sərhəddə nə baş verir?

Düşmənin növbəti təxribatının arxasında nə dayanır?

İrəvan bununla nəyə nail olmaq istəyir?

Yenisabah.az-a danışan Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin sədri Qabil Hüseynlinin fikrincə, bu hadisələr insanda ikili təəssürat yaradır:

“Birincisi, Ermənistanın Baş naziri Nikol Paşinyan söylədiklərində o qədər də səmimi deyil, amma idarəçiliyin bütün strukturlarına, o cümlədən Müdafiə Nazirliyi sisteminə tam nəzarət edə bilmir. Həqiqətən, “Qarabağ klanı”nın nümayəndələri dövlət strukturlarının bütün sahələrində möhkəmcə yerləşdirilib və onlar sabotajlarını bütün səviyyələrdə davam etdirirlər”.

Q. Hüseynlinin sözlərinə görə, “klan”ın təmsilçilərini “revanşist ünsürlər” adlandırmaq mümkündür:

“Digər təəssürat ondan ibarətdir ki, bu təxribatların başında Paşinyanın özü dayanır, onun gizli əmrləri ilə buna bənzər hadisələr baş verir. Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanı təcavüzkar, sərhədlərdə qarışıqlıq yaradan bir qüvvə kimi dünya birliyinə, xüsusilə, beynəlxalq təşkilatlara təqdim edərək ölkəmizi nüfuzuna xələl gətirsinlər”.

Politoloq onu da deyib ki, hər iki variant da bel bağlamaq mümkündür:

“Amma Ermənistan cəmiyyətində xaosun, qarmaqarışıqlığın hökm sürdüyünü də birmənalı söyləmək olar. Belə bir şəraitdə sülhyaratma məsələlərində, sərhədlərdə baş verən təxribatların tez-tez olacağını ehtimal etmək olar. Onsuz da, əvvəl də söyləmişdik ki, sərhəddə təxribatlar ardıcıl xarakter daşıyacaq və hər hansı bir görüş ərəfəsində Ermənistan əlini möhkəmləndirmək, danışıqlar masası arxasında özünü daha inamlı hesab etməsi üçün lokal xarakterli də olsa, nələrsə edəcək. Bu, çox təhlükəli insidentdir və ermənilərlə qarşıda duran məsələləri – kommunikasiyaların açılmasından tutmuş, sərhədlərin delimitasiyasına qədər olan bütün məsələlərin çox ağrılı və çətin keçəcəyini aydın görürük.

Belə olan halda, Azərbaycanın səbri tükənə və Azərbaycan yenidən “dəmir yumruğu”nu işə sala bilər”.

Rafi MÜSLÜMOV

Sərhəddə təxribatlar: Üçüncü Qarabağ müharibəsi başlayır?