Sərnişinləri daşıyan təyyarəyə 10 saniyəlik gecikmə səbəbindən Münhenə enişinə icazə verilməyib.
İnterpress.az xəbər verir ki, bu barədə BİLD məlumat yayıb.
Palma-de-Malyorkadan Münhenə uçan Condor reysi 220-dən çox sərnişin üçün əsl imtahana çevrilib. Bunların hamısı on saniyəlik gecikmə səbəbindən baş verib.
Saat 00:30-dan əvvəl eniş etməli olan təyyarə Münhen hava limanında müəyyən edilmiş gecə eniş məhdudiyyətini pozaraq marşrutunu dəyişmək məcburiyyətində qalıb.
Sərnişin və BILD fotoqrafı Daniel Şarinqerin sözlərinə görə, təyyarə artıq eniş edirdi, eniş şassisi aşağı idi.
“Biz enişi dayandırmağa məcburuq – 10 saniyəlik gecikmə səbəbindən artıq gecə vaxtı enişimizə icazə verilmir”, – pilot qəfil bildirib.
Nəticədə pilot təyyarəni Belçika ilə sərhədə yaxın olan Han hava limanına yönləndirib.
Bundan sonra sərnişinlər avtobusla təxminən iki saata Frankfurta aparılıb, oradan da Münhenə uçublar.
“Bu on saniyəyə görə mən səfərə 12 saat sərf etdim. Bürokratiya sağlam düşüncəyə qalib gəldi”, -deyə Şarinqer qəzəblənib.
Bavariya Nəqliyyat Nazirliyi izah edib ki, gecə yarısından sonra eniş üçün icazə həqiqətən verilib, lakin uçuşdan sonra uzadılması tələbi təmin oluna bilməz.
Xuraman Etibarlı
İnterpress.az