Sərxoş ər qaynar yeməyi arvadının başına TÖKDÜbackend

Sərxoş ər qaynar yeməyi arvadının başına TÖKDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buryatiyada ər qaynar yeməyi arvadının başına töküb. 

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Buryatiyanın Zakamensk rayonunda 63 yaşlı kişi sərxoş halda evə qayıdandan sonra arvadıyla mübahisə edib.

Məlumata görə, qadın onu məsuliyyətsizliyə görə danlayanda, kişi tavada bişən qaynar yeməyi götürüb birbaşa onun başına çevirib. Yanan qadın özü təcili yardımı çağırıb.

Həkimlər onun üz və boyun nahiyəsində yanıq xəsarətləri aşkar ediblər. Qadının vəziyyəti “kafi” olaraq qiymətləndirilir.

Hadisə ilə bağlı sağlamlığa zərər vurma maddəsi üzrə cinayət işi açılıb.

Məlum olub ki, 2017-ci ildə də həmin kişi həyat yoldaşını öldürməklə hədələyib, lakin qadın o zaman onu bağışlamışdı.

Xuraman Etibarlı

İnterpress.az