Sevastopol yaxınlığında bir hərbçi atəş açaraq bir əsgər yoldaşını və üç mülki şəxsi öldürüb, bir neçə nəfəri isə yaralayıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Sevastopol yaxınlığındakı Xmelnitski kəndində baş verən silahlı insident nəticəsində dörd nəfər həyatını itirib, daha dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə bölgə rəsmisi Mixail Razvojayev məlumat verib.
Silahlı hücumu törədən şəxs hadisə yerində asayiş keşikçiləri tərəfindən dərhal saxlanılıb.
Faktla bağlı qəsdən adamöldürmə və qanunsuz odlu silah dövriyyəsi maddələri ilə cinayət işi başlanılıb.
Hazırda hadisənin dəqiq səbəbləri və digər təfərrüatları araşdırılır.
Xuraman Etibarlı
İnterpress.аz






