Şevçenko Polşa millisinin baş məşqçisi olmayacaqbackend

Şevçenko Polşa millisinin baş məşqçisi olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya “Cenoa”sından istefaya göndərilmiş Andrey Şevçenko futbol üzrə Polşa milli komandasının baş məşqçisi ola bilməyəcək.

İnterpress.az-ın məlumatına görə, bu barədə ukraynalı jurnalist İqor Tsıqanık özünün tviter səhifəsində paylaşım edib.

O bildirib ki, 46 yaşlı mütəxəssis Genuya təmsilçisi ilə müqavilənin ləğvi barədə razılığa gələ bilməyib. Bu səbəbdən də onun yığmanın sükanı arxasına təyinatı baş tutmayıb. Polşa Futbol İttifaqının millini yerli namizədlərdən birinə tapşıracağı gözlənilir.

Qeyd edək ki, Andrey Şevçenko “Cenoa”dakı işindən kənarlaşdırılsa da, sözləşməsi qüvvədə qalır.(report)