“Sevənim çox oldu, özümə uyğununu tapmadım”backend

“Sevənim çox oldu, özümə uyğununu tapmadım”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Sənətimi ailəmə qurban verdim. 25 yaşımda ailə qurdum. Ailə qurduğum şəxs də sənət adamı idi. Düşünürdüm ki, bir-birimizi başa düşəcəyik. Amma alınmadı”.

Bu sözləri Əməkdar artist Nahidə Orucova “Söz baz” verilişində deyib. Aktrisa sənəti ailəsinə qurban verdiyini deyib:

“Məni sevən çox oldu. Amma özümə uyğun adam tapmadım. Qızım, evim var. İnsan sevib, seviləndə yaşayır. Mən də insanları, vətəni sevirəm. Nə yaxşı qızım olub. Elə etdim ki, vaxtında mən uşağıma görə başıaşağı olmayım. İndi də qızım mənə görə başıaşağı deyil”.