Sevgilisi müğənnini tava ilə döyərək ÖLDÜRDÜ – FOTObackend

Sevgilisi müğənnini tava ilə döyərək ÖLDÜRDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaspiyskdə gənc sevgilisi müğənni Talisman Omarovanı tava ilə döyərək öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan mediası məlumat yayıb. Bildirilir ki, 47 yaşlı qadın birlikdə yaşadığı kişi tərəfindən tava ilə döyülərək öldürülüb.

Cütlük birlikdə Kavkazskaya küçəsində mənzil kirayələyib. Bir neçə gün əvvəl onlar içki içiblər, aralarında mübahisə düşüb, kişi qadına hücum edərək onu döyüb. Zərərçəkən hadisə yerində ölüb.

Hücumda şübhəli bilinən 34 yaşlı şəxs saxlanılıb və qətllə bağlı cinayət işi açılıb.

Müğənni Talisman Omarova avar dilində mahnılar ifa edirdi.

Xuraman Etibarlı

İnterpress.az