Sevgilisinin xəyanətini bağışlayan aktyor qınaq atəşinə tutuldu – FOTObackend

Sevgilisinin xəyanətini bağışlayan aktyor qınaq atəşinə tutuldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Can Yaman italiyalı sevgilisi Diletta Leottanın amerikalı biznesmen Rayan Friedkin ilə birgə fotoları yayılsa da, türkiyəli aktyor onu bağışlayıb.

İtaliyalı futbol şərhçisi Leotta fotoların Yamanla sevgili olmazdan əvvəl çəkildiyini deyib.

Buna baxmayaraq, italiyalı gözəlin biznesmenlə sözügedən fotolarının Yamanla sevgili olduqları zaman çəkildiyi iddia edilib.

Yamanın isə bütün bu iddialara reaksiya verməyərək Leottanın fotolarını bəyənməyə davam etməsi izləyicilərin gözündən qaçmayıb.

Sevənləri türkiyəli aktyorun xəyanətə rəğmən Leottadan ayrılmamasını kəskin qınayıb və şərhlərdə bunu reklam xatirinə etdiyini yazıblar.

 

 

 

İnterpress.az