Bu gün Avropa Liqasında 2019-2020 mövsümünün final matçı baş tutub.
Pandemiyaya görə mart ayında dayandırılan və bu ay bərpa olunan çempionatın finalında İspaniyanın “Sevilya” və İtaliyanın “İnter” (Milan) komandaları üz-üzə gəlib.
İndiyə qədər bu turnirin beşqat çempionu adını daşıyan “Sevilya” öz rekordunu təzələyərək altıncı dəfə kuboku qazanıb.
“Sevilya” (İspaniya) – “İnter” (İtaliya) – 3:2
Qollar: Lukaku, 5-pen (0:1), De Yonq, 12 (1:1), De Yonq, 33 (2:1), Qodin, 36 (2:2), Lukaku (öz qapısına) 74 (3:2)
İnterpress.az






