Seymur Orucov Saloğlu qəsəbə sakinləri ilə görüşübbackend

Seymur Orucov Saloğlu qəsəbə sakinləri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafanın Saloğlu qəsəbəsində sakinlərin müraciət və təklifləri qəbul olunub

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Saloğlu qəsəbə sakinlərinin müraciətləri ilə bağlı növbəti görüşünü keçirib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində verilmiş tapşırıqların icra vəziyyətini yerində araşdırıb, aidiyyəti üzrə müvafiq göstərişlərini verib.

Son aylarda görülən işlər çərçivəsində qəsəbədə Saloğludan olan şəhidlərimizin xatirəsinə Şəhidlər Bulağı inşa olunub, 12 ədəd yararsız elektrik dirəyi yenisi ilə əvəz olunub, 1 ədəd subartezian təmir olunub, qəsəbəyə metal boru ilə gələn suvarma suyu xəttində zəruri təmir işləri aparılıb, suvarma arxlarında təmizlik işləri aparılıb, pay torpaqlarına gedən yolda 1 ədəd su keçidi quraşdırılıb, “Orta məhəllə” adlandırılan ərəziyə 350 metr məsafədən içməli su xətti çəkilib, yeni məhəllədə sakinlər tərəfindən ən çox istifadə edilən avotmobil yolu xırlanaraq hamarlanıb, kənd qəbirstanlığında abadlıq işləri həyata keçirilib.