Biz Ukrayna prezidenti Zelenski ilə Putin arasında görüş üzərində işləyirik.
İnterpress.az xəbər verir ki, bunu Ukrayna XİN rəhbəri Andrey Sıbqa deyib.
O, bəyan edib ki, Ukrayna prezidentlər arasında birbaşa, o cümlədən Donald Trampın iştirakı ilə geniş tərkibdə görüşün mümkünlüyünə icazə verir.
“Biz həmişə israr etmişik ki, Avropa danışıqlar masası arxasında olmalıdır”, – o vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az