Avstraliyanın Yeni Cənubi Uels əyalətinin (NSW) paytaxtı Sidneydəki Opera Evinin İsrail bayrağının rəngləri ilə işıqlandırılması qərarına etiraz edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Məlumata görə, baş nazir Kris Minns Sidney Opera Evinin İsrail bayrağının rəngləri ilə işıqlandırılması qərarını açıqladıqdan sonra Fələstini dəstəkləyən yüzlərlə insan bu qərara etiraz edib.
Qeyd olunub ki, Fələstin bayrağı daşıyan və şüarlar səsləndirən nümayişçilər opera teatrına doğru yürüş edib, atəşfəşanlıq ediblər, polis isə vəziyyətə nəzarət edib.
Nümayişlərlə bağlı açıqlama verən Baş Nazirlik dəftərxanası: “Bu, NSW xalqını təmsil etmir. Bu cür davranış zorakılığı təhrik edir və parçalanmaya səbəb olur.”
Baş nazir Minns oktyabrın 8-də Sidney Opera Evinin “ştatın yəhudi icmaları ilə həmrəy olaraq” mavi və ağ rənglərlə işıqlandırılacağını elan edib.
Digər tərəfdən, Sidneyin cənub-qərbindəki Lakemba bölgəsində bir qrup Fələstinə dəstək nümayiş etdirmək üçün toplaşmışdı.
Xarici işlər naziri Penni Vonq da HƏMAS-ın İsrailə qarşı hücumlarının “qeyrət üçün səbəb olmadığına” diqqət çəkib.