Rusiyada süni intellektlə saxta qəza fotoları kütləvi şəkildə sığorta dələduzluğuna çevrilib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Rusiyada sürücülər süni intellektdən istifadə edərək yol-nəqliyyat hadisələrinin saxta fotolarını hazırlayıb sığorta şirkətlərindən ödəniş almağa çalışırlar.
Sosial şəbəkələrdə və messencerlərdə “maşını bir neçə yüz rubla sındırmaq” təklif edən elanlar getdikcə artır.
Hazırlanan şəkillər o qədər real görünür ki, onlar OSAGO və CASCO sığorta polisləri üzrə texniki yoxlamalardan keçə bilir.
Süni intellekt həm də hadisə haqqında “müraciət mətni” yaradır və bu yazılar real bəyanatlarla demək olar ki, fərqlənmir.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu cür fırıldaq dalğası həm sığorta sistemini çökdürə, həm də qiymətlərin kəskin artmasına səbəb ola bilər.
Xuraman Etibarlı
İnterpress.az






