Silahların çeşidinin məhdudlaşdırılması Ukraynanı bir əlini arxada qoyaraq döyüşməyə məcbur edir.
İnterpress.az xəbər verir ki, bunu Alman Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merts Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə deyib. Merts Ukraynanın “Taurus” raketləri ilə təmin edilməsi məsələsinə münasibət bildrib.
O, Ukraynaya “Taurus”ların verilməsini dəstəklədiyini açıqlayıb.
Siyasətçi qeyd edib ki, onların uçuş məsafəsi onlara Rusiya Federasiyası ərazisindəki hərbi hədəfləri vurmağa imkan verməlidir ki, Ukrayna özünü effektiv şəkildə müdafiə edə bilsin.
Xuraman Etibarlı
İnterpress.az