“Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinə sanksiya TƏTBİQ OLUNACAQbackend

“Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinə sanksiya TƏTBİQ OLUNACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyası rəsmi olaraq “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinə qarşı sanksiyaların tətbiq edilməsini təklif edib.

İnterpress.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

Bundan əlavə, Avropa Komissiyasının rəhbəri bildirib ki, 77 tankerin qara siyahıya salınması və Aİ ölkələrinə Rusiya xammalından istehsal olunan neft məhsullarının alınmasının qadağan edilməsi planlaşdırılır.

Həmçinin 22 Rusiya bankının əməliyyatlarına qadağa qoyulması və texnologiyanın ixracına yeni məhdudiyyətlərin qoyulması təklif edilir.

Xuraman Etibarlı

İnterpress.az