Şimali Koreya növbəti dəfə qitələrarası ballistik raketi sınaqdan keçiribbackend

Şimali Koreya növbəti dəfə qitələrarası ballistik raketi sınaqdan keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreya Xalq Demokratik Respublikası (KXDR) “Hvason-17” seriyalı qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib.

Bu barədə “Koreya səsi” radiostansiyası məlumat yayıb.

“ABŞ və Cənubi Koreyanın etibarlı qüvvələrinin KXDR-ə qarşı keçirdikləri irimiqyaslı hərbi təlimləri səbəbindən Koreya yarımadasında qeyri-sabit vəziyyət yaranır. Bu ciddi şəraitdə, martın 16-da Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyası “Hvason-17” seriyalı qitələrarası ballistik raketin buraxılışını həyata keçirib”-deyə, məlumatda vurğulanıb.

Qeyd olunur ki, raketin buraxılışına Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib.