Şimali Koreya pozulan iqtisadiyyatı səbəbindən səfirliklərinin bir qismini bağlayıbbackend

Şimali Koreya pozulan iqtisadiyyatı səbəbindən səfirliklərinin bir qismini bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın Anqola və Uqandadakı diplomatik nümayəndəliklərini bağlamasının qlobal sanksiyalar nəticəsində iqtisadiyyatının pisləşdiyinin əlaməti olduğu iddia edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Yonhap-ın xəbərinə görə, adı açıqlanmayan Cənubi Koreya Birləşmə Nazirliyinin rəsmisinə əsaslanaraq, Şimali Koreyanın qlobal sanksiyalar nəticəsində pisləşən iqtisadiyyat səbəbiylə Anqola və Uqandadakı səfirliklərini bağladığı iddia edilib.

Pxenyanın iqtisadi vəziyyətinin pisləşməsi səbəbindən ənənəvi müttəfiqləri ilə minimum diplomatik əlaqələri davam etdirməkdə çətinlik çəkdiyini ifadə edən səlahiyyətli şəxs deyib ki, gücləndirilən sanksiyalar səbəbiylə xarici valyuta əldə etmək səyləri yarımçıq qalan Şimali Koreya üçün artıq mümkün deyil.

Şimali Koreya Uqanda və Anqoladakı səfirliklərini bağlayır

Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Şimali Koreyanın Uqanda və Anqoladakı səfirliklərini bağladığını açıqlayıb.

Bildirilir ki, Anqolanın paytaxtı Luandadakı diplomatik missiyanın rəhbəri səfir Co Pyonq-çol Anqola prezidenti Joao Lourençoya “vida səfəri” edib, Şimali Koreyanın Kampaladakı səfiri Conq Tonq Hak isə Uqanda prezidenti Yoveri Musevenini də ziyarət edib. Sonuncu dəfə vidalaşmaq üçün getdiyi qeydə alınıb.