Sinqapurdan Avstraliyaya uçan təyyarə bomba təhlükəsi alandan sonra Sinqapur Çanqi hava limanına qayıdıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Sinqapurda yerləşən Scoot hava yolu şirkəti tərəfindən verilən açıqlamaya görə, Avstraliyanın Perth şəhərinə gedən təyyarə Sinqapur Çanqi hava limanından qalxdıqdan bir saat sonra bomba təhlükəsi alıb. Bildirişdən sonra təyyarə Sinqapura qayıdıb. Açıqlamada təhlükəsizlik tədbirləri çərçivəsində təyyarəni hava limanına Sinqapur Hərbi Hava Qüvvələrinə aid bir reaktivin müşayiət etdiyi, içərisində 363 sərnişin və 11 nəfərlik heyət olan təyyarənin Çanqi hava limanına təhlükəsiz eniş etdiyi bildirilib.
Təyyarənin hava limanına enişindən sonra təhlükəsizlik yoxlamalarının aparıldığı, istintaqın davam etdiyi səbəbi ilə hadisə ilə bağlı əlavə məlumat verilmədiyi qeyd edilib.