Çinli akrobat şou zamanı ağır xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Çində keçirilən sirklə bağlı çıxış zamanı akrobat qadın mürəkkəb elementi yerinə yetirərkən tarazlığını itirib və səhnəyə sərt şəkildə düşüb.
Hadisə bir neçə saniyə içində baş verib və zalda ciddi təşviş yaradıb.
Akrobata dərhal tibbi yardım göstərilib, o, xəstəxanaya aparılıb.
Həkimlərin ilkin açıqlamasına görə, qadın ağır travmalar alıb və vəziyyəti stabil, lakin ciddi olaraq qiymətləndirilir.
Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir, proqramın təhlükəsizlik standartları isə əlavə araşdırmaya cəlb olunub.
Xuraman Etibarlı
İnterpress.az






