Slovakiyada Aİ-nin Rusiyaya qarşı sanksiyalarının ləğvi ilə bağlı referendum keçirmək mümkün deyil, çünki onun üçün təqdim olunan petisiya lazımi tələblərə cavab vermir.
İnterpress.az xəbər verir ki, bunu ölkə prezidenti Piter Pelleqrini iyunun 4-də prezident sarayında keçirdiyi mətbuat konfransında deyib.
“Slovakiya Konstitusiyası referendumun elanının konstitusiya və qanuni olmasını təmin etmək üçün məsuliyyət qoyur.
Əgər prezident referendumun keçirilməsi üçün nəzərdə tutulmuş konstitusiya və hüquqi şərtlərdən hər hansı birinin yerinə yetirilmədiyinə inanırsa, onu çağıra bilməz və bu, son həftələrdə qiymətləndirdiyim petisiyaya aiddir. Baş nazir Fikonun müttəfiqidir”, – Pelleqrini bildirib.
Bundan əvvəl Slovakiyanın Dirçəliş Hərəkatı “Slovakiyanın Rusiyaya qarşı Slovakiya vətəndaşlarına, tacirlərinə və sahibkarlarına zərər vuran sanksiyalar tətbiq etməməsi ilə razısınızmı?” sualı ilə referendumun təyin edilməsini xahiş edən petisiya təqdim etmişdi.
Xuraman Etibarlı
İnterpress.az