Rostovda yerli krematoriya 24/7 işləyir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Rostov krematoriyası filtrləri çıxarıb və bütün ərazini meyit dumanları ilə zəhərləyir.
Bolşiye Salı kəndinin sakinləri çürümə iyindən boğulur və binaları havalandırmaq kömək etmir.
Rostov vilayətinin Bolşiye Salı kəndinin sakinləri Rostov krematoriyasının sobalarından gələn zəhərli qoxudan və kəskin tüstüdən şikayət edirlər. .
Dəhşətli görüntüləri Bolşye Sali sakinləri sosial şəbəkələrdə paylaşıblar. Hadisə şahidlərinin sözlərinə görə, krematoriya bu yaxınlarda ikinci baca inşa edib və gecələr iki bacadan od və qatran tüstü çıxır.
Fasiləsiz işləyən krematoriyanın ocaq boruları köz kimi qızararaq qırmızı işıq saçır.
Yerli sakinlər müharibə zonasına yaxın olduqları üçün yaşamalı olduqları yeni və acı reallıqdan şoka düşüblər.
“Bolşye Salı yaxınlığındakı yeni Rostov qəbiristanlığında üfunət iyi gəlir. Burada ölülər yandırılır, krematoriyadan tüstü bütün əraziyə yayılır. Qəbiristanlıqda uzun müddət qalmaq mümkün deyil, hətta paltar iy verir. Qəbiristanlıq rəhbərliyi bununla bağlı heç nə edə bilmir! Kimə müraciət etməliyəm?”, – sakinlərdən biri paylaşıb.
Xuraman Etibarlı
İnterpress.az