SON DƏQİQƏ: Ukraynada girov götürülən azərbaycanlı tələbə ilə bağlı ŞAD XƏBƏRbackend

SON DƏQİQƏ: Ukraynada girov götürülən azərbaycanlı tələbə ilə bağlı ŞAD XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada azərbaycanlı tələbə Hüseyn Abdullayevi girov götürən şəxslər onun yaxınları ilə əlaqə saxlayıblar.

Bunu açıqlamasında H.Abdullayevin əmisi Cahin Abdullayev deyib.

“Bu gün günorta saatlarında bir nəfər mənə zəng elədi və özünü Hüseyni girov götürənlərdən biri kimi təqdim etdi. Həmin şəxs bildirdi ki, Hüseyn yaxın 72 saat ərzində evində olacaq. Əlavə heç nə demədi”, – C.Abdullayev söyləyib.

Qeyd edək ki, H.Abdullayev əslən Neftçala rayonundandır. O, Ukraynadan Azərbaycana qayıtmaq istəyərkən girov götürülüb. Tələbəni girov götürənlər onun rus əsgəri ilə dəyişdirilə biləcəyini söyləmişdilər.//report