Almaniyada Yaxın Şərqdəki münaqişələrlə bağlı aparılan araşdırmalar, almanların əksəriyyətinin İsrailin tərəfini tutmadığını ortaya çıxarıb. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Allensbax İnstitutunun apardığı və Frankfurter Allgemeine Zeitung qəzetində dərc olunan araşdırmanın nəticələrinə görə, alman xalqı Fələstin arasındakı münaqişələrdən narahatdır
Araşdırmaya görə, almanların 76 faizi Yaxın Şərqdəki qarşıdurmalardan narahat olduqlarını bildirərkən, ictimaiyyət hadisələri dəyərləndirərkən ikiyə bölünüb.
Sorğuda iştirak edən almanların 35 faizi İsrailin Qəzza zolağının işğalını və təhlükəsizliyin təmin edilməsi üçün HƏMAS-a qarşı sərt addımlarını haqlı görsə də, 38 faizi Fələstin xalqının can itkisinin qarşısının alınması və HƏMAS-a dəstəyin artırılması barədə fikirlərini bildirib. .
Araşdırma Şərqi və Qərbi Almaniyada yaşayanlar arasında mütənasib fərqləri də ortaya qoyur.
Qərbi almanların 37 faizi və Şərqi almanların 45 faizi İsrailə hərbi məhdudiyyət qoyulmalı olduğunu düşünür.
Almanların 37 faizi İsrailin ərəb qonşularına qarşı çox az anlayış göstərdiyini desə də, 38 faizi İsrailin Fələstin torpaqlarını haqsız yerə işğal etməsi fikrini bölüşür.
Almanların əksəriyyəti İsrailin Almaniyanın xüsusi dəstəyinə layiq olduğunu düşünmür. Qərbi almanların 35 faizi, Şərqi almanların isə yalnız 21 faizi Almaniyanın İsrailin taleyi üçün xüsusi məsuliyyət daşıdığını düşünür.