Sosioloji Tədqiqatlar Mərkəzi (STM) Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərdə “exit-poll” keçirəcək.
İnterpress.az xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) avqustun 16-da keçirilən iclasında qəbul edilib.
Xatırladaq ki, STM 2024-cü il fevralın 7-də baş tutmuş növbədənkənar prezident seçkilərində də “exit-poll” keçirib.