“SpaceX” IPO-su bir gündə 4400-dən çox milyonçu yarada bilər.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“SpaceX” şirkətinin birjaya çıxışı (IPO) cəmi bir gün ərzində 4400-dən çox yeni dollar milyonçusu yarada bilər. Buna səbəb şirkət əməkdaşlarının əlində olan irihəcmli səhm paketləridir.
Məlumata görə, bəzi işçilər fəaliyyət göstərdikləri müddətdə 15-16 milyon dollar (təxminən 25,5-27,2 milyon manat) dəyərində səhm payı toplamağa nail olublar.
Qeyd edək ki, “SpaceX” IPO-su maliyyə bazarlarında son illərin ən böyük hadisələrindən biri hesab olunur və şirkətin ümumi bazar dəyərini ciddi şəkildə artıracağı gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az






