Stavropolda şəhər merinin 34 yaşlı müavini dünyasını dəyişib.
İnterpress.az xəbər verir ki, bu barədə “Time of Heroes”a Stavropol diyarının qubernatoru Vladimir Vladimirov məlumat verib.
Məlumata görə, Stavropolda gecə saatlarında şəhər rəhbərinin müavini, 34 yaşlı müharibə veteranı Zaur Qurtsiyev həlak olub.
Qubernator yazıb ki, Qurtsiyev “Çexov küçəsində gecə vaxtı baş vermiş insident nəticəsində” ölüb, bunun hansı hadisə olduğunu açıqlamayıb.
O əlavə edib ki, hadisə yerində hüquq-mühafizə orqanları və xüsusi təyinatlılar işləyir.
Vladimirov baş verənlərin terror aktı ola biləcəyini istisna etməyib.
“Bütün versiyalar nəzərdən keçirilir. Qurtsiyev Mariupolun havadan bombardmanlarına rəhbərlik edib, həmçinin Avdiivkadakı döyüşlərdə iştirak edib”, – nəşr yazır.
Bunun üçün o, Stavropol merinin birinci müavini təyin edilib.
Xuraman Etibarlı
İnterpress.az