Stoltenberq: “Daha çox silah tədarükü Ukrayna üçün sülhə aparan yoldur”backend

Stoltenberq: “Daha çox silah tədarükü Ukrayna üçün sülhə aparan yoldur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Daha çox silah tədarükü Ukrayna üçün sülhə aparan yoldur”.

İnterpress.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə keçirilən birinci Müdafiə Sənayesi Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Ukraynanın daha çox silaha ehtiyacı var: “Çünki Kiyev döyüş meydanında nə qədər güclü olsa, danışıqlar masasındakı mövqeyi də bir o qədər möhkəm olacaq”.

Y.Stoltenberqin sözlərinə görə, Ukraynanın yüksək keyfiyyətli silahlara ehtiyacı var. Ukrayna müdafiə sənayesi sahəsində ildırım sürəti ilə yenilik edir.

Qeyd edək ki, Kiyevdə keçirilən Müdafiə Sənayesi Forumunda dünyanın 30-dan çox ölkəsindən 252 şirkət iştirak edir.