Sumqayıtda yataqxanada yanğın: Zəhərlənən var – FOTObackend

Sumqayıtda yataqxanada yanğın: Zəhərlənən var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində yanğın olub.

İnterpress.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə H.Z.Tağıyev qəsəbəsində, 8 saylı yataqxananın dördüncü mərtəbəsindəki mənzildə qeydə alınıb.

Yanğın nəticəsində mənzil 20 kv/m sahədə yanıb, orada olan əşyalar yararsız hala düşüb. Əraziyə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb.

Hadisə zamanı həmin evdə yaşayan 2000-ci il təvəllüdlü Soltanov Soltan Rasim oğlu tüstüdən zəhərlənib.

Ona təcili tibbi yardım əməkdaşları tərəfindən yardım göstərilib.

Yanğının başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.