Ermənistan Suriyada və onun ətrafında baş verənləri diqqətlə izləyir.
İnterpress.az erməni mediasına istinala xəbər verir ki, bu barədə Ermənistan XİN bildirib.
“Ermənistan Suriyada və onun ətrafında baş verənləri diqqətlə izləyir və Aqabada keçirilən Birgə Təmas Qrupu nazirlərinin iclası çərçivəsində qəbul edilən birgə bəyanatı alqışlayır.
Biz Suriyada və bütün regionda sabitliyə və sülhə aparan yeganə yol tolerantlıq və milli birlik olduğuna qəti şəkildə inanırıq. Tarixinin bu mühüm məqamında dost Suriya xalqının yanında möhkəm dayanırıq və siyasi keçidin əhatəli və dinc prosesini dəstəkləyirik”, – XİN-in bəyanatında deyilir.
Xuraman Etibarlı
İnterpress.az