ABŞ-nin Suriyanın şərqi, Deyr-əz-Zor əyalətindəki “Koniko” təbii qaz yatağı yaxınlığında yerləşən hərbi bazası raket atəşinə tutulub.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin bazasının ətrafında və daxilində bir neçə partlayış olub.
Məlumata görə, bir müddət əvvəl ABŞ-nin hərbi komandanlığı Yaxın Şərqdəki bazalarının atəşə tutulması nəticəsində 20-dən çox hərbçisinin yaralandığını bildirmişdi.
Pentaqonun məlumatına əsasən, oktyabrın 17-dən 24-dək İrana bağlı olduğu ehtimal edilən qruplaşma ABŞ-nin İraqdakı və Suriyadakı hərbi hissələrinə bir neçə dəfə raket və PUA-larla zərbə endirib.