“Suriyadakı qoşunlarımız Türkiyənin faktiki girovudur” – Rusiyalı polkovnikbackend

“Suriyadakı qoşunlarımız Türkiyənin faktiki girovudur” – Rusiyalı polkovnik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federal Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovniki, qondarma “Donetsk Xalq Respublikası”nın sabiq “müdafiə naziri” İqor Strelkov Suriyadakı vəziyyətə toxunub.

Strelkov Suriyanın şimalında Türkiyə Ordusunun gözlənilən hücum əməliyyatına toxunub. Onun fikrincə, Rusiya Türkiyədən asılı olduğu üçün baş verənlərə etiraz edə bilməz.

“Çünki Suriyadakı say-seçmə korpusumuz Ərdoğanın faktiki girovudur. Türklər Bosfor və Dardanel boğazlarını bağlasalar, biz hər şeyi itirəcəyik. Suriya cəbhəsində Türkiyə ilə müharibə apara bilmərik. Suriyadakı qruplaşmamızı bütün dünya üzərindən təmin edə bilmərik. Halbuki, Suriya Türkiyənin əlinin altındadır. Təsəvvür edin ki, Suveyş kanalı və Hibraltarı da bizim üçün bağlasalar…Bu amillərə görə türklərlə yumşaq davranmalı oluruq.

Strelkov rus qoşunlarının terrorçu YPG qruplaşmasının nəzarət etdiyi Tel-Rifat şəhərini də bu səbəblərdən tərk etdiyini xatırladıb.

Gələn son xəbərlərə görə, rus qoşunlarının Suriyanın şimalında yerləşən Tel-Rifat şəhərini  tərk etdiklərin məlum olub. Bu Ərdoğanın ərazidə kürdlərə qarşı əməliyyat keçirmək planı məlum olduqdan sonra gerçəkləşdi. İndi ərazidə yalnız farslar qalıb. Suriyadakı korpusumuzu bölgədən çıxarmaq isə Əsədlə əldə etdiyimiz razılığa görə gec baş tutacaq”. (modern.az)