Şuşa Bəyannaməsi dünyaya bir mesajdırbackend

Şuşa Bəyannaməsi dünyaya bir mesajdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazdıran qalib Baş Sərkərdə kimi İlham Əliyev uzun illər işğal altında olan Azərbaycan torpaqlarını əsarətdən qurtardıqdan sonra Milli Qurtuluş Gününü ilk dəfə Şuşada, Cıdır düzündə qeyd etdi. Özü də tək deyil, Vətən müharibəsi dövründə Azərbaycana böyük siyasi və mənəvi dəstək verən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan  ilə birlikdə. Bu elə özü dünyaya bir mesaj idi . Türkiyə və Azərbaycan bir-birinə ən yaxın olan ölkələrdir. Bu iki qardaş ölkəni  birləşdirən bir çox mühüm amillər vardır.Bu birliyin əsasını ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, adət – ənənələrimiz , milli dəyərlərimiz və maraqlarımız, xalqlarımızın qardaşlığı təmin etmişdir. Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizin bariz nümunəsidir.  İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir.Belə ki , Türkiyənin Azərbaycanı dəstəkləməsi xalqımıza əlavə güc verirdi, dünya ictimaiyyəti qarşısında yenilməz birliyimizi göstərirdi. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, torpaqların işğaldan azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir.  Bu gün böyük fəxrlə deyə bilərik ki, 2021 – ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərini yeni müstəviyə qaldırıb. Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində imzalanan bu bəyannamə  böyük tarixi əhəmiyyətə malik sənəddir. Bəyannamədə xalqlarımızın böyük liderləri  Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Ulu Öndərimiz Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Azərbaycan Respublikasının Prezidenti , Ali Baş Komandan İlham Əliyev iki böyük liderin , iki böyük şəxsiyyətin kəlamlarını üstün tutaraq  söyləmişdir : “ Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk ”. Bu tarixi sənəd hərbi, müdafiə, təhlükəsizlik, siyasi və iqtisadi məsələləri, ticarət münasibətləri, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi kimi mühüm məsələləri özündə əks etdirir.

Şuşa Bəyannaməsində   Zəngəzur dəhlizi və Naxçıvan–Qars dəmir yolunun inşasının sürətləndirilməsi yolu ilə iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşdirilməsi də nəzərdə tutulur. Beləliklə, Şərq-Qərb Mərkəzi Dəhlizinin rəqabət qabiliyyətini artır­maq üçün əməkdaşlıq və Cənub Qaz Dəhlizini həyata keçirmək mümkün olacaqdır.Artıq bu məsələlərin bir çoxunun reallaşdırılması istiqamətində ciddi işlər həyata keçirilir. İki dost və qardaş ölkə arasında strateji əməkdaşlığı dərinləşdirən bu tarixi hadisə eyni zamanda regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, xüsusilə də Azərbaycanın sərhədlərinin toxunulmazlığına yeni imkanlar yaradır.

İnanırıq ki , Azərbaycan – Türkiyə birliyi  sarsılmaz və əbədidir . İnanırıq ki , bu birlik  hər iki dövlətin həm siyasi, həm iqtisadi arenada yüksəlişinə səbəb olacaqdır.

Yaşasın  Azərbaycan  –  Türkiyə birliyi , qardaşlığı!

Könül Təhməzova

Səbail rayon,Məmməd Rahim adına 7nömrəli məktəbin direktoru