Şuşada Milli Məclisin birgə komitələrinin növbəti iclası keçirilirbackend

Şuşada Milli Məclisin birgə komitələrinin növbəti iclası keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşada Milli Məclisin birgə komitələrinin növbəti iclası keçirilir.

İnterpress.az-ın xəbərinə görə, parlamentin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin Şuşa şəhərində keçirilən birgə iclasının gündəliyinə 3 məsələ daxil edilib.

Toplantıda hər iki komitənin üzvləri iştirak edirlər.

İclasın gündəliyindəki məsələlər aşağıdakılardır:

1. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmə;

2. Böyük Qayıdış: Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu ilə bağlı dinləmə;

3. Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələrlə bağlı dinləmələr.