Suyun temperaturu 39 dərəcəni keçib, 100-dən çox delfin ölü tapılıbbackend

Suyun temperaturu 39 dərəcəni keçib, 100-dən çox delfin ölü tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarixi quraqlığın hökm sürdüyü və bəzi yerlərdə suyun temperaturunun 39 dərəcəni keçdiyi Braziliya Amazonlarında son bir həftədə 100-dən çox ölü delfin tapıldığı bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

CNN-in məlumatına görə, Braziliyanın Elm, Texnologiya və İnnovasiya Nazirliyinin maliyyələşdirdiyi Mamiraua İnstitutundan verilən açıqlamada ölü delfinlərin hamısının Tefe gölündə tapıldığı bildirilib. Açıqlamada son bir həftədə bölgədə 100-dən çox delfinin ölməsinin “qeyri-adi” olduğu vurğulanıb və mütəxəssislərin bu hadisəni quraqlıq və Tefe gölündəki suyun temperaturunun yerlərdə 39 dərəcəni keçməsi ilə əlaqədar hesab etdikləri bildirilib.

Mamiraua İnstitutunun tədqiqatçısı Andre Coelho verdiyi açıqlamada bölgədəki delfinlərin başqa çaylara köçürülə biləcəyini, lakin bunun çox da təhlükəsiz olmadığını bildirib: “Heyvanları vəhşi təbiətə buraxmazdan əvvəl suda toksinləri və ya virusları aşkar etmək vacibdir”.

Səlahiyyətlilər xəbərdarlıq edib ki, yaxın bir neçə həftə ərzində delfinlərin ölümünə səbəb ola biləcək şiddətli quraqlıq gözlənilir.

Qeyd edək ki, El Nino hava hadisələrinin yaratdığı quraqlıqla mübarizə aparan Amazon tropik meşələrində əhəmiyyətli dərəcədə yağış çatışmazlığı yaşanır. Braziliyanın Amazon meşələrindəki quraqlıqdan 500 min insanın mənfi təsir göstərə biləcəyi bildirilib. Amazonda quraqlıq, iqlim dəyişikliyi və ekoloji problemlərlə bağlı hər fürsətdə açıqlamalar verən dövlət naziri Luiz İnasio Lula da Silvanın bölgəyə 20 milyon dollar yardım edəcəyi açıqlanıb.