Tacikistanın Rusiyadakı səfirliyi texniki səbəblərə görə fəaliyyətini müvəqqəti olaraq dayandırır.
İnterpress.az Tacikistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfirlik 2023-cü il noyabrın 3-dən noyabrın 6-dək xidmət göstərməyəcək: “Səfirliyin Konsulluq Xidmətində xarici pasportların verilməsinə məhdudiyyət tətbiq olunacaq”.