Tağıyevlə bağlı film Britaniya festivalında…backend

Tağıyevlə bağlı film Britaniya festivalında…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi Böyük Britaniyada keçirilən “Ramsgate International Film & TV Festival” yarışmasında seçilmiş filmlər siyahısında yer alıb.“100 il şərəfli ömür” filmi 20 iyun 2021-ci il tarixində birincilik uğrunda ölkəmizi təmsil edəcək.

Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Onun sözlərinə görə, bu festival müxtəlif sivilizasiyalara və mədəniyyətlərə yönəlmiş keyfiyyətli filmləri tanıtmaq məqsədi daşıyır.

C.Qasımov deyib ki, Hacı Zeynalabdin Tağıyev barədə çəkilən “100 illik şərəfli ömür” filmi artıq Avropadan, ABŞ-dan 14 mükafat alıb.“Bizim məqsədimiz Hacı Zeynalabdin Tağıyevi dünyada tanıtmaqdır”.Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C.Qasımov deyib:“Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”.Redaktoru Əkbər Qoşalı olan sənədli filmdə mətni Xalq artisti Eldost Bayram oxuyub.

 

 

İnterpress.az